Şou əhli Xanım İsmayılqızının oxucusu imiş - FOTOLAR

12 May 2014 12:54 (UTC+04:00)

Ötən gün Park Bulvarda bəstəkar və şairə Xanım İsmayılqızının oxucuları ilə görüşü keçirilib. Mövqe.az xəbər verir ki, bu günlərdə işıq üzü görən "Dua yağışı" kitabını oxucularına imzası ilə təqdim edən şairə xanımın görüşünə məhşurlar da təşrif buyurub. Müğənni Ayan Babakişiyeva, Sevda Əliqızı, şairə Sevinc Çılğın və başqaları Xanım İsmayılqızının yeni kitabının oxucusu kimi tədbirə qatılanlardan oldu.

Çoxlu sayda oxucuları ilə ünsiyyət yaradan və yaradıcılığı, yeni nəşri barəsində xoş sözlər eşidən Xanım İsmayılqızı belə görüşlərin davamlı olacağına söz verdi.