İmtahanın düzgün cavabları açıqlandı

12 May 2014 12:48 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 11-də ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. TQDK-dan Movqe.az-a verilən xəbərə görə, imtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdirilib. Hazırda imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı aparılır. Bu proses başa çatdıqdan sonra yaxın günlərdə nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun sonlarında aparılacaq.