Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" yarışına yekun vurulub. Movqe.az saytının məlumatına görə, turnirə 39 idmançı ilə qatılan Azərbaycan millisinin qazancı 6 medal olub.
Beləliklə, "Böyük Dəbilqə"ni 1 qızıl, 2 gümüş və 3 bürünc mükafatla
başa vuran millimiz komanda hesabında 41 ölkə arasında 4-cü yeri
tutub. İlk 3 pillədə isə müvafiq olaraq, Fransa (3-2-2), Hollandiya
(2-1-2) və Rusiya (1-2-5) yığmaları qərarlaşıblar.