2013/14 mövsümünün mütləq rekordçusu müəyyənləşdi

12 May 2014 20:06 (UTC+04:00)

Avropanın ən çox tamaşaçı toplayan komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümünün mütləq rekordçusu adına Almaniya "Borussiya"sı yiyələnib.


Artıq neçə illərdir tamaşaçı sayında qitənin ən yaxşısı olan Dortmund təmsilçisi orta göstəricidə 80 minlik səddi də arxada qoyub. Belə ki, komandanın müxtəlif turnirlərdə öz meydanında keçirdiyi 24 qarşılaşmanı 1 milyon 855 min tamaşaçı seyr edib. Bu isə orta tamaşaçı sayını 80 min 291-ə çatdırıb.