Xumar üçün o bir yana, dünya bir yana - audio

13 May 2014 11:44 (UTC+04:00)

Xumar Qədimova daha bir hit mahnısını dinləyicilərin ixtiyarına verib. 


Axşam.az-ın məlumatına görə, sənətçi "Təsbeh"in ardınca bu dəfə də məşhur türk mahnısına müraciət edib. "O bir yana" adlanan sözügedən bəstə tanınmış türk retro mahnısıdır. Bəstəni özünəməxsus tərzdə oxuyan Xumar Qədimova onun sözlərini dəyişib, azərbaycan dilinə çevirib. 


Qeyd edək ki, mahnının musiqisi eyni zamanda türkiyənin futbol klubu "Qalatasaray"ın himnidir.