Təhsil Nazirliyində kadr dəyişikliyi olub

13 May 2014 14:06 (UTC+04:00)

Təhsil Nazirliyində (TN) kadr dəyişikliyi aparılıb.  Movqe.az-ın xəbərinə görə, TN Aparat rəhbərinin yeni müavini təyin olunub.

Nazirliyin Aparat rəhbərinin müavini vəzifəsinə Yaqub Piriyev təyinat alıb. Qeyd edək ki, Yaqub Piriyev bu vaxta qədər nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində çalışıb.