Bakıda başı kəsilmiş meyit tapıldı

13 May 2014 14:46 (UTC+04:00)
Bakının Sabunçu rayonunda yaşayış evlərindən birində kişi meyiti taplıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mayın 12-də Lənkəran rayon sakini İltifat Mehralıyevin baş və boğaz nahiyələrində kəsilmiş xəsarətləri olan meyiti Sabuncu rayonu Bakıxanov qəsəbəsindəki kirayədə yaşadığı evdə tapılıb.Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.