Neymar: Ancaq mən "Santos"u seçdim

13 May 2014 15:29 (UTC+04:00)

Barselona kulubunun futbolçusu Neymar karyerası haqda danışıb.


Movqe.az "goal.com"a istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasını "Santos " kulubunda başa vurmaq istədiyini bildirib.


"Mən karyeramı "Barselona"da deyil, "Santos"da başa vurmağı düşünürəm. Daha əvvəl Braziliyanın digər kulublarında  da oynaya bilərdim. Ancaq mən "Santos"u seçdim. Bu kulubdan da pul üçün ayrılmadım. Sadəcə mən peşəkarlaşmaq, yeni dil öyrənmək və  Çempionlar Liqasında çıxış etmək istəyirdim. Məhz bu istəklərim məni Avropada oynamağa meyil etdirirdi"