İsrail kimyəvi silah işlədib

28 İyun 2012 11:31 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Qəzzədəki Filistin höküməti İsrailin Qəzzənin şərqində baş verən toqquşmalarda kimyəvi silah və zəhərli qazdan istifadə etdiyini iddia edərək Birləşmiş Millətlər və Birləşmiş Millətlər İnsan Haqları Komitəsindən olan mütəxəssislərin də iştirakı ilə beynəlxalq istintaq başladılmasını tələb edib. Qəzzadakı Fələstin Xarici işlər və Planlaşdırma nazirliklərindən verilən şərhə görə BMT Baş katibi Ban Ki-mun və İnsan Hüquqları ali komissarı Navi Pillaydan təcili istintaq açılması istənilib. Şərhdə zəhərli qaza məruz qalan 21 Fələstinlidən ikisinin dünyasını dəyişdiyi bildirilib.