Türkiyədə kömür mədənində partlayış nəticəsində ölənlərin sayı 201-ə çatıb, azı 80 nəfər yaralanıb - FOTO

14 May 2014 10:48 (UTC+04:00)

Manisada kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 201-ə çatıb.


APA-nın məlumatına görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Manisada kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayının 201-ə çatdığını bildirib. 

 

Ölən və yaralıların sayının artacağı istisna olunmur.

 

 Partlayış baş verən an şaxtada 787 insan olub. 

 

Xilasetmə əməliyyatı davam edir.

 

****

05.44

 

Manisada kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 166-ya çatıb. APA-nın məlumatına görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Manisada kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayının 166-ya,  yaralıların sayının isə 80 nəfərə çatdığını açıqlayıb. Onun sözlərinə görə, ölənlərin əksəriyyətində karbonmonoksid zəhərlənmə ölümə səbəb olub. Nazir qeyd edib ki, partlayış baş verən an şaxtada 787 insan olub. 

 

****

Manisada kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 151-ə çatıb. APA-nın məlumatına görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Manisada kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayının 151,  yaralıların sayının 76 olduğunu açıqlayıb. 

 

Onun sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır. Ölən və yaralıların sayının artacağı istisna olunmur.

 

Nazir qeyd edib ki, partlayış baş verən an şaxtada 787 insan olub, onlardan 363 nəfəri xilas olunub. 

 

Xilasetmə əməliyyatı davam edir.

 

****

 02.24

Manisada kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 157-yə çatıb. APA-nın məlumatına görə, Manisa Böyükşəhər Bələdiyyə başqanı saat 23.55-ə (Bakı vaxtı ilə 01.55) olan bilgiyə əsasən, ölənlərin sayının 157, yaralıların sayının isə 75 olduğunu açıqlayıb.   

 

Bələdiyyə başqanı Çingiz Ergün ölümün əsas səbəbinin qazdan zəhərlənmə olduğunu bildirib.

 

***

01.24

 

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş partlayış  nəticəsində ölənlərin sayı 17-yə çatıb.

 

APA-nın "CNNTürk"ə istinadən verdiyi xəbərə görə, Türkiyə Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, hazırda partlayış  nəticəsində ölənlərin sayı 17-yə çatıb, daha 11 nəfər xəsarət alıb.  Yerin altında qalan 200-dək fəhlənin xilas olunması istiqamətində tədbirlər davam etdirilir.

 

****

21.34

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub.  APA-nın "CNNTürk"ə istinadən verdiyi xəbərə görə, hakim Ədalət və İnkişaf Partiyasının Manisa əyalətindən olan deputatı Müzzəfər Yurtdaş hadisə nəticəsində 4 nəfərin öldüyünü bildirib. Bundan əvvəl isə o 20 nəfərin tüstüdən zəhərlənmədən və aldıqları xəsarətlərdən öldüyünü bildirmişdi. Onun sözlərinə görə, xəstəxanaya 17 yaralı yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.   

 

"Hurriyet" qəzetinin məlumatına görə, qəza yerin altında, 2000 metr dərinlikdə baş verib.  İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik naqillərində baş vermiş qısaqapanma olub. Partlayışdan sonra şaxtada yanğın baş verib. 

 

Partlayış baş verən an şaxtada 580 fəhlə olub, onlardan 280 nəfər şaxtanı tərk edə bilib. Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb. 

 

Hadisə yerində xilasetmə əməliyyatı davam edir, çoxlu sayda "təcili yardım" maşını cəlb olunub.  

 

****

20.54

 

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub.  Hadisə nəticəsində 1 nəfər ölüb, 19 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, xilasetmə əməliyyatı nəticəsində 20 fəhləni uçqunun altından çıxarmaq mümkün olub. Məlumata görə, yerin altında 200-300-dək fəhlənin qaldığı ehtimal olunur. 

 

İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik təchizatında baş vermiş nasazlıq olub.  

 

Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb.  

 

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir.