"Google"sız Motorola E tanıdıldı

14 May 2014 11:40 (UTC+04:00)

"Google"dan Lenovoya keçən mobil nəhəngi Motorolanın , "Google"sız telefonu rəsmi olaraq tanıdılıb.


Ötənz həftə haqqında sızıntılar gəzən Motorolanın yeni giriş səviyyəsi olan mobil telefonu, nəhayət ortaya çıxıb. Moto E olaraq xatırlanacaq olan yeni cib , yenə bu ilin əvvəlində satışa təqdim olunan "Moto G" kimi iddialı bir modeldir.


Movqe.Az xəbər verir ki, 4.3 düym ölçüsündə ekrana sahibi olan Moto E , 960x540 piksel dəqiqlik təqdim edir. Ekranı "Corning Gorilla Glass 3" ilə qorunan Moto E , beləcə çızılmalara qarşı  xeyli müqavimətli quruluşdadır. 1.2 GHz Qualcomm Snapdragon 200 prosessor , 1 GB RAM və 4 GB yaddaşı olan Moto E , 32 GB-a qədər microSD kart dəstəyi də verir. 1980 mAh-lik batareyanın da sahibi olan mobil , digər tərəfdən cüt SIM kart dəstəkli model seçimiylə də gələcək.


Moto E'nin bir başqa diqqət çəkici xüsusiyyəti isə suya qarşı müqavimətli olmasıdır . Üstəlik Android 4.4 KitKat əməliyyat sistemiylə fəaliyyət göstərəcək