"Küsülü deyilik, yaxınlaşdı, üzümdən öpdü" - Brilliant

14 May 2014 11:58 (UTC+04:00)

Xalq artisti Brilliant Dadaşova "Öz aramızda" verilişinin qonağı olub.


Axşam.az-ın məlumatına görə, müğənni meyxanaçı Namiq Qaraçuxurlu ilə küsülü olması haqda xəbərlərə aydınlıq gətirib: 


"Ulu öndər Heydər Əliyevin 91 illiyi münasibətiylə keçirilən konsertdə Namiqlə bir yerdə idik. Kameralar bizi yanyana görüntüləməyib. Getmişəm evə, zənglər gəlir ki, Brilliant xanım, Namiq sizi görüb salam verməyib. Aranızda küsülülük var? Qalmaqal yaratmaq lazım deyil. Namiq mən səhnəyə çıxanda yaxınlaşdı, üzümdən öpdü. Dedi ki, Brilliant xanım, mənim çıxışım bitdi, gedirəm. Sənət aləmində olan bütün kişi həmkarlarım mənim qardaşımdır. Həmin konsertdə mənə yaxınlaşıb salam verməsəydi də, inciməyəcəkdim. Sənətimdəki yeniliklərdən, konsertlərimdən yazmırlar. Belə qalmaqallara biz imkan yaratmışıq. Bu ara meymunlarını çox işıqlandırmaqla insanların fikirlərinə təsir edirik. Hamı elə bilir ki, bu  cür xəbərlər yaxşıdır. Əgər əvvəllər bu dedi-qoduya imkan verməsəydik, ardı belə davam etməzdi".