Ehtiraslı rəqqasə bu dəfə Bakını susduracaq !

14 May 2014 13:14 (UTC+04:00)

Müğənni - rəqqasə Sevda Sanalıyeva bugünlərdə sevənlərinin ixtiyarına verdiyi "Sus Bakım" mahnısına klip çəkdirəcək. Bu barədə Mövqe.az-a müğəninin yeni iş birliyinə başladığı prodüseri Rauf Sahiboğlu məlumat verib: Yaxın günlərdə artıq çəkilişlərə başlanılacaq. Bu mahnını Sevda çox bəyəndi deyə ifa etdi. Belə deyək də sevə-sevə ifa etdiyi mahnılardan oldu. Çoz gözəl lirik musiqisidir. Mahnı təqdim olunandan sonra dinləyicilərin də rəğbətini qazandığını gördük. Bu bizi daha da ürəkləndirdi ki, mahnıya ekran həyatı verək. Ona görə düşündük ki, gözəl Bakımızda mahnıya klip də çəkilsin. Klipdə Sevdanın tərəf müqabili sözlərə uyğun olaraq Bakı olacaq. Çünki mahnının sözlərində müraciət və şikayət Bakıya ünvanlanacaq".


Qeyd edək ki, söz və musiqisi Zülfi Bədəlova aid olan klipin rejissoru Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğludur.