Erməni silahlı bölmələri atəşkəs rejimini pozub

28 İyun 2012 11:42 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, dünən gecə Ermənistan tərəfindən atəşkəs rejimi pozulub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber, işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli və Şurabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Qeyd edək ki, düşmən cavab atəşi ilə susdurulub.

Türkan Nadirqızı

Movqe.Az