Şok: Azərbaycanda yuxusuz gecələr başlayacaq

14 May 2014 13:19 (UTC+04:00)

Braziliyada  keçiriləcək  Dünya Kuboku futbol oyunlarını  izləyəcək Azərbaycanlı  futbol sevərləri yuxusuz gecələr gözləyir.

Belə ki, Cənubi Amerikada start götürəcək dünya çempionatının başlama vaxtı ilə ölkəmiz arasındakı  vaxt fərqi   +8 saat olacaq.


Movqe.az xəbər verir ki, kubok oyununun ilk açılış mərasimi 12 iyunda saat  17.00-da  ev sahibi "Braziliya" və "Xorvatiya" komandaları arasında baş tutacaq oyunla start götürəcək.


Qrup oyunları isə yerli vaxtla 13:00, 16:00, 17:00, 19:00 və 22:00-da başlayacaq (Bakı vaxtı  ilə isə oyunlar  gecə saat 21:00, 00:00, 01:00 , 03:00 və 06:00-da başlayacaq)


Final oyunu isə  Rio-de  Janeyroda iyulun 13-də yerli vaxtla 16:00-da (Bakı vaxtı ilə 00:00-da) start götürəcək