Azərbaycanda uşağına süd verən ana öldü
14 May 2014 16:01 (UTC+04:00)
Bu gün Azərbaycanda daha bir gənc ana ölümü qeydə
alınıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə
Ağdaşın Yuxarı Nemətabad kəndində baş verib.
Övladına süd verən 1991-ci il
təvəllüdlü Əliyeva İbadət Etibar qızının vəziyyəti qəfildən
pisləşib. Məlumata görə, qadın ikinci körpəsini 20 gün öncə dünyaya
gətirib. O, qəfildən ürəyinin
sıxılması və halının pisləşməsi barədə həyat yoldaşına bildirib.
Dərhal həkim çağırılıb. lakin gənc ana bir necə dəqiqiə sonra vəfat
edib. İki uşaq anası olan 23 yaşlı
İbadət Əliyevanın ürəyindən əvvəllər şikayəti olmayıb. 20 gün öncə
Mingəçevir Şəhər Doğum Evində dünyaya övlad gətirən zaman da
həkimlər ana və uşağın tam sağlam olduğunu
bildiriblər. Faktla bağlı Ağdaş Rayon
Prokurorluğu tərəfindən araşdırma aparılır.