UEFA Avropa Liqasında 2013/2014 mövsümünün qalib komandası bu axşam keçiriləcək final oyununda məlum olacaq.
Movqe.az xəbər verir ki, final görüşündə İspaniyanın "Sevilya" və Portuqaliyanın "Benfika" klubları üz-üzə gələcək.
İtaliyanın Turin şəhərində keçiriləcək final oyunu komandaların avrokuboklardakı ikinci qarşılaşması olacaq. Belə ki, bu klublar arasındakı 1957-ci ildə keçirilən final qarşılaşmasının ilk duelindən ispanlar qalib ayrılmışdı.
Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.