Ata uşaqın anasını onun gözü qarşınında öldürdü

28 İyun 2012 11:49 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakıda dəhşətili qətil baş verib. 

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Fikrət Cabbarov adlı şəxs küçəsinin ortasında, qısqanclıq zəminində qeyri-rəsmi münasibətlərdə olduğu Əminə Qədimovanın boğazını bıçaqla kəsərək qətlə yetirib. Suraxanı Rayon Polis İdarəsinin tərəfindən  hadisəni törədən F.Cabbarov tutulub.

Qeyd edək ki, hadisə baş verən zaman Ə.Qədimovanın azyaşlı övladı da yanında olub. Anasının qətlindən uşaq şoka düşüb.

Türkan Nadirqızı

Movqe.Az