Nazirin dekoltəsi etiraz yaratdı

14 May 2014 20:06 (UTC+04:00)

İtaliyada Baş nazir Matteo Renzi hökumətinin ən gənc və gözəl naziri olaraq qəbul edilən,  islahatlardan məsul nazir Maria Elena Bosçi geyindiyi qırmızı paltar və sinə dekoltəsiylə onu görənləri heyran edib.


Movqe.Az xəbər verir ki, Florensiyada təşkil edilən "Maggio musical Fiorentino" musiqi gecəsinə qatılan və Roberto Cavalli imzalı qırmızı paltarı ilə diqqətləri üzərinə çəkən 33 yaşındakı Maria Elena Bosçinin sinə dekoltəsi ön plana çıxıb. 


Mərkəzi Sol Demokrat Partiya millət vəkili, islahatlardan və AB ilə əlaqələrdən məsul nazir Maria Elena Bosçi paparazzilər tərəfindən sanki mühasirəyə alınıb.