"Fənərbağça" və Türkiyə Millisinin kapitanı Emrə Beləzoğlu sarı-göylü komandada daha 3 ildə forma geyəcəyini bildirib.
Movqe.az fanatik.com-a istinadən bildirir ki, 34 yaşlı futbolçu
bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Futbolçu klubdakı son 3 mövsümünü ağrılar içində keçirdiyini
qeyd edərək, "Çox çətinliklər yaşadım. Bu son 3 mövsümdə yaxşı oyun
göstərə bilmədim. Amma mən bir futbol aşiqiyəm və futbol oynamaqdan
da böyük zövq alıram. Mən Fənərbağçada 3 il daha xidmət
edib, sonra isə məşqçi kimi karyerama davam etmək istiyirəm və
bu sahədə məşqçilik şərtlərini yerinə gətirmək üçün,
ikinci dəfə universitedə sənədlərimi vermişəm." fikirlərini
vurğulayıb.