Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

28 İyun 2012 11:54 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Gəncədə oğurluqda şübhəli bilinən şəxs saxlanıldı

Gülxar Əliyeva adlı Gəncə sakininin ərizəsində bildirilib ki, 15 gün əvvəl evində kirayəçi olan Fuad Həsənov ev sahibinin evdə olmadığından istifadə edərək, qapını sındırıb və qızıl-zinət əşyalarını oğurlayıb.

İstindaq zamanı F.Həsənov bu kimi əməllərdə günahkar olduğu aşkarlanıb. Bu F.Həsənovun törətdiyi yeganə hadisə deyil.

Faktla bağlı araşdrıma aparılır.

Türkan Nadirqızı

Movqe.Az