Bionik göz ümidi

14 May 2014 22:45 (UTC+04:00)

ABŞ-ın tibbi məhsullar şirkətinin inkişaf etdirdiyi bionik göz məhsulu, görmə problemləri olan əlillər üçün böyük ümid işığı olub. 

Argus Retina Protez Sisteminin Avropadan sonra ABŞ-da da icazə alması gözlənilir. 

Verilən məlumata görə retinaya yerləşdirilən 60 elektrod və eynəkdən ibarət bionik göz, indiyə qədər dünya səviyyəsində 60 adamın qismən görməsini təmin edib. 

Bionik gözün xüsusilə genetik retinit piqmentli xəstələrdə faydalı ola biləcəyi bildirilir.