Brilliantdan sərt ismarıc: " Yüngüllük eləmə, qiymətin olmaz!"
15 May 2014 11:08 (UTC+04:00)
Xalq artisti Brilliant Dadaşova rəfiqəsi
Zülfiyyə Xanbabayeva ilə küsülülük xəbərinə bir daha aydınlıq
gətirib. Mövqe.az xəbər verir ki, ifaçı bu xəbəri yayanlara poetik
cavab verib: "Bu gün Zülfiyyə ilə guya biz salamlaşmamışıq
mövzusunu kimin və nə üçün ortaya atdığını müzakirə etdik. Bu yelin
hardan və kimin başından əsdiyini aşkarladıq. Atalar yaxşı deyib:
"Girmə arasına həqiqi dostun, özün gözdən düşüb yaman olarsan.
Yüngüllük eləmə, qiymətin olmaz. Ağır oturarsan batman gələrsən.
Allah sizi də qorusun. Təmənnasız dostluqda var olasınız".