Həmsədrlər Laçına gəlir

15 May 2014 12:05 (UTC+04:00)

Minsk qrupu həmsədrlərinin regiona səfəri sabahdan başlayır

Regionda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan Kəlbəcər və Laçın rayonlarına səfər etməyi planlaşdırılar. Anspress-in məlumatına görə, bu barədə "Tvitter" səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.


Qeyd edək ki, həmsədrlərin regiona səfəri sabahdan başlayır. Həmsədrlər Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və İqor Popov (Rusiya) mayın 16-da İrəvana gələcəklər. 


Azərbayaycana isə onların mayın 18-də gələcəkləri gözlənilir.