Nazir rəisi işdən çıxardı

15 May 2014 12:25 (UTC+04:00)
Siyəzən Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb. Movqe.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Siyəzən RPŞ-nin rəisi Nizami Əlirzayev Daxili İşlər Nazirliyinin keçirdiyi kompleks yoxlamalar nəticəsində vəzifəsindən azad edilib. Lakin N.Əlirzayevin konkret hansı fakta görə işdən çıxarıldığı açıqlanmır. Siyəzən rayon prokuroru Murad Kazımov faktı təsdiqləyib.