Məşhur futbolçu forumda iştirak edəcək

15 May 2014 13:39 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, mayın 19-da Bakıda Beynəlxalq Futbol Könüllülüyü Forumu keçiriləcək.

Movqe.az AFFA-ya istinadən xəbər verir ki,  məşhur italiyalı futbolçu, "Yuventus",  "Milan", "Barselona"

klublarında çıxış etmiş, İtaliya millisinin heyətində 2000-ci ildə Hollandiya və Belçikada keçirilmiş Avropa çempionatında gümüş medal qazanmış, 2006-cı ildə isə Almaniyada təşkil olunmuş dünya çempionatının qalibi olmuş Canluka Zambrotta forumda səfir kimi iştirak edəcək.


Qeyd edək ki, Forumda 8  ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələrdir. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək.