Pakistan Soma üçün 1 günlük yas elan etdi

15 May 2014 14:22 (UTC+04:00)

Pakistan, Somada yaranan mədən faciəsi səbəbiylə bir günlük yas elan edib. 


Movqe.Az xəbər verir ki, Pakistan Baş nazirlik mətbuat ofisindən edilən şərhdə, Baş nazir Məhəmməd Navaz Şərifin, Baş nazir Rəcəb Tayyib Ərdoğana Somada yaranan mədən faciəsi səbəbiylə başsağlığı verdiyi deyilib.


Pakistanın, lazım olduğu təqdirdə dost və qardaş ölkə Türkiyəyə hər cür yardım etməyə hazır olduğu yazılan şərhdə, ölkədə 15 may cümə axşamı gününün Türk xalqı ilə həmrəylik içində olduqlarını göstərmə məqsədiylə yas elan edildiyi və bayraqların yarıya endiriləcəyi deyilib.