Sumqayıta sürət qatarı
15 May 2014 14:21 (UTC+04:00)
"Bakıdan Sumqayıta sürət qatarlarının çəkilməsi
nəzərdə tutulur".
ANS PRESS-in məlumatına görə, bunu Bakı dövlət
layihə insitutunun direktoru İlqar İsbatov Böyük Bakının Regional
İnkişaf Planı layihəsinin təqdimatı deyib. O bildirib ki, Böyük
Bakının Regional İnkişaf Planı layihəsində bu məsələ təklif kimi öz
əksini tapıb.
İ.İsbatov həmçinin qeyd edib ki, layihədə Bakı ilə
Sumqayıtı birləşdirəcək metro xəttinin çəkilməsi nəzərdə
tutulmayıb:
"Avovağzaldakı stansiyanın davamı kimi Xırdalan
istiqamətinə üstünlük verilməsini təklif edirik. Bu stansiya ilə
bağlı məsələ Metropolitenin inkişaf planlında da öz əksini tapıb.
Ancaq Sumqayıta metro xəttinin çəkilməsi layihədə nəzərdə
tutulmayıb".