ABŞ-dan Rusiya tətbiq sanksiyalarına ilk cavab

15 May 2014 16:24 (UTC+04:00)
ABŞ-ın Rusiyaya tətbiq sanksiyalarına ilk cavab kosmos proqramıyla gəlib. Movqe.Az xəbər verir ki, Rusiya Baş nazir köməkçisi Dmitri Rogozin, ABŞ-ın Beynəlxalq Kosmos Stansiyasını 2020-ci ildən sonra istifadə etmək üçün etdiyi tələbi qəbul  etməyəcəklərini açıqlayıb. Ölkənin kosmos proqramından məsul olan Rogozin, ABŞ-lı astronavtların stansiyaya göndərilməsi üçün istifadə olunan rus kosmos vasitələrinin də bundan sonra istifadə edilə bilməyəcəyini söyləyib.