Analoq yayım ilin sonuna kimi dayandırılacaq

15 May 2014 16:30 (UTC+04:00)

"Azərbaycanda rəqəmsal yayıma keçid baş tutsa da, əhali buna tam hazır olmadığından, bu ilin sonunadək analoq yayımın tam dayandırılacağı barədə qəti fikir söyləmək olmaz". Bu sözləri Movqe.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov verib. T.Məmmədov bildirib ki, qəbul olunmuş qərarla bu ilin sonunda analoq TV yayımı tam dayandırılmalıdır: "Amma mən dəqiq deyə bilmərəm ki, ilin sonunda ölkə üzrə rəqəmsal yayıma başlanılacaq.  Amma bu proses davam edir. İlin sonunadək yekunlaşacağı barədə də qəti fikir söyləyə bilmərəm. Əgər ilin sonunadək bu proses yekunlaşsa analoq yayım dayandırılacaq".

Xatırladaq ki, bu ilin sonunadək ölkə üzrə analoq yayımın tam dayandırılması nəzərdə tutulub.