Azərbaycan- Rusiya oyununda sükut olacaq

15 May 2014 18:53 (UTC+04:00)

Türkiyənin Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 18 yaşadək qızlardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunmuş UEFA-nın inkişaf mini-turniri çərçivəsində mayın 16-da, saat 14:00-da, Bayıl stadionunda keçiriləcək Azərbaycan - Rusiya oyunundan əvvəl faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılacaq və yığmamızın üzvləri meydana qara sarğı ilə çıxacaq.


Movqe.az-ın məlumatına görə, bu barədə xəbəri AFFA-nın rəsmi sayıtı yayıb.


Qeyd edək ki, Azərbaycan - Rusiya oyunu mayın 16-da, saat 14:00-da keçiriləcək.