Musson yağışları ölümə səbəb oldu

28 İyun 2012 13:04 (UTC+04:00)
Movqe.Az bildirir ki, Banqladeşin cənubunda beş gündür davam edən Musson yağışlarının səbəb olduğu fəlakət və su basqınlarında 100-ə yaxın adam həyatını itirib. Bir çox kəndlə əlaqə saxlaya bilməyən və bölgədə çox sayda adamdan da xəbər ala bilməyən rəsmilər, çətin şəraitə baxmayaraq davam edən axtarış-qurtarma fəaliyyətlərinə əsgərlərin də dəstək verdiyini bildirirlər. Ölü sayının artmasından narahatlıq edilir.