Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi vəzifəsinə təyinat olub

15 May 2014 20:02 (UTC+04:00)

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargah rəisi vəzifəsinə təyinat olub.


APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə nazirinin əmri ilə I dərəcəli kapitan Şahin Məmmədov bu gün HDQ-nin qərargah rəisi vəzifəsinə təsdiqlənib.

 

Ş. Məmmədov bu il mart ayının sonlarında HDQ-nin qərargah rəisi I dərəcəli kapitan Yunus Məmmədov vəzifəsindən azad olunduqdan sonra HDQ-nın qərargah rəisi vəzifəsinin icrasını həyata keçirib.

 

Həmin vaxtdan Ş. Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edir. 

 

Qeyd edək ki, cari ilin mart ayının 11-də HDQ-nin komandanı vitse-admiral Şahin Sultanov vəzifəsindən azad olunub.