Somada ölü sayı 298 oldu (VİDEO)

17 May 2014 11:04 (UTC+04:00)
Türkiyə Soma faciəsində ölənlərin sayı 298 nəfərə çatıb. 

Movqe.az Anspress-ə istinadən xəbər verir ki , bu barədə məlumatı Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız verib. 

Yıldız daha 14 fəhlənin cəsədinin aşkarlandığını, onların mədəndən çıxarılması istiqamətində iş aparıldığını deyib. 

Taner Yıldız indiyə qədər 290 fəhlənin cəsədinin mədəndən çıxarıldığın açıqlayıb. 

Həmçinin nazir mədəndə nə qədər fəhlənin qalması barədə dəqiq məlumatı da irəli saatlarda verəcəyini bildirib.