Ajda Pekkan biganə qalmayıb

17 May 2014 11:17 (UTC+04:00)
Türkiyənin super-starı vertolyot kirayələyərək Somaya kömək üçün göndərib.

Movqe.az türk mətbuatına istinadən xəbər verir ki, Somadakı kömür mədənində baş verən faciəyə Türkiyənin dünya şöhrətli müğənnisi Ajda Pekkan da biganə qalmayıb.

Super-star Ajda Pekkan yaşanan faciədə yaxınlarını itirən ailələrə kömək edilməsi məqsədilə öz komandasına tapşırıq verib. Məşhur müğənni bir vertolyot icarəyə götürərək komandasını yaxınlarını itirənlərin təcili ehtiyaclarını müəyyən etmək və ödəmək üçün Somaya göndərib.

Qeyd edək ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız jurnalistlərə verdiyi son açıqlamada ölü sayının 298 olduğunu bildirib.