Mövqelərimiz atəşə tutuldu

17 May 2014 12:05 (UTC+04:00)
Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Movqe.az xəbər verir ki , Müdafiə Nazirliyindən  verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Füzuli rayonunun Horadiz, Qorqan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.