Müəllimlərin iş yeri azalır

17 May 2014 13:00 (UTC+04:00)
Bu il müəllimlər üçün müsabiqəyə çıxarılacaq vakant yerlərin sayı azalacaq. Movqe.az xəbər verir ki , Təhsil Nazirliyindən verilən məlumata görə, ötən il Təhsil Nazirliyi tərəfindən 3286 vakant yer müsabiqəyə çıxarılıb.

Lakin müəllimlərin həftəlik dərs yükünün yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması ilə əlaqədar cari ildə vakansiyanın sayının aşağı düşməsi proqnozlaşdırılır.

Keçən il ən çox vakansiya biologiya fənni üzrə olub. Kimya, coğrafiya, fizika, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə də vakant yerlərin sayı çox olub.

"Bölgələrdə vakant yerlərin çox olması isə oradakı məktəblərdə azsaatlı vakansiyaların sayının çoxluğu ilə izah oluna bilər. Belə ki, həmin dərslərin tədrisi əmək haqqına cüzi təsir etdiyi üçün müəllimlər tərəfindən bu yerlərə maraq azdır".