Sakinlər etiraz edir
17 May 2014 13:03 (UTC+04:00)
Binəqədi rayonunun sakinləri etiraz aksiyası keçirir.Movqe.az xəbər
verir ki , Rayonun "Döngə 3" küçəsinin sakinlərinin verdiyi
məlumata görə, aksiyaya səbəb onlara içməli suyun
verilməməsidir.
Sakinlərin sözlərinə görə, "Döngə 3" küçəsinə 2 aydan çoxdur ki,
içməli su verilmir. Təxminən 100-ə yaxın etirazçı Binəqədi
şossesini bağlayacaqlarını deyirlər. Onlar aidiyyatı qurumların
nümayəndələrinin əraziyə gəlməsini və suyun nə səbəbə verilməməsinə
aydınlıq gətirməsini tələb edirlər.
Artıq Binəqədi rayon su idarəsinin sədri Əhliman Mansurovun
etirazçılarla görüşmək üçün əraziyə yollandığı bildirilir.
Hadisə ilə bağlı əlavə məlumat verəcəyik.