Timatinin qızının ilk fotosessiyası
17 May 2014 14:06 (UTC+04:00)
Rusiyalı məşhur milyarder rep ifaçısı Timati
ailəsini, yeni dünyaya gəlmiş qız övladını kənar insanlardan
gizləməyə davam edir.
Movqe.az Anspress-ə istinadən xəbər verir
ki, martın 19-u qızı Alisa dünyaya göz açdıqdan sonra ifaçı sosial
şəbəkədə bir dənə belə olsun övladının şəkilini paylaşmayıb.
Timatinin sevgilisi, övladının anası isə qadağalardan biraz kənar
gəzir. Alina Şişkova şəxsi İnstagram səhifəsində qızı ilə olan yeni
şəkil yerləşdirib. Belə ki, Alina qızının ilk fotosessiyasını
etdirib.
Model kimi fəaliyyət göstərən xanım dənizin
kənarında, qucağında körpəsi ilə gəzişərkən fotoqraf onları
görüntüləyib. Fotolardan göründüyü kimi, Şişkova Alisanı ilk
aylarından fotokameralara alışdırmaq qərarına gəlib. Fotosessiyada
model övladı olmadan da kamera qarşısına keçib, cazibədar bədən
quruluşunu nümayiş edib. Yeni ana olmağına baxmayaraq model
cazibədar görünüşü ilə hər kəsi heyran qoyub.