Slavyanskda ağır döyüş gedir

17 May 2014 15:10 (UTC+04:00)
Slavyanskda separatçılarla Ukrayna Ordusunun əsgərləri arasında gərgin döyüşlərin getdiyi bildirilir. 

Movqe.az Anspress-ə istinadən xəbər verir ki, şahidlər arda-arda raket zərbələrinin endirildiyi və güclü partlayış səslərinin eşidildiyini deyirlər. Separatçılar hərbçilərin blokpostlarını atəşə tuturlar. 

Yerli sakinlərin verdiyi məlumata görə, xəstəxanalardan birinə məşhur separatçı Babayanı gətiriblər. O, ağır yaralanıb. 

Şəhər ətrafında törədilən partlayışlar o qədər güclüdür ki, şəhərin mərkəzindəki evlərin şüşələri titrəyir.