Hafiz Məmmədovun klubunda sevinc
17 May 2014 17:07 (UTC+04:00)
"Bakı" Futbol Klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq
etdiyi "Lans" klubu Fransa ikinci liqasında mövsümün son matçına
çıxıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, "Land of Fire
Azerbaijan" formalı komanda 38-ci turda səfərdə "Bastiya" ilə
qarşılaşıb.
"Lans" autsayderlə görüşdə 2:0 hesabı ilə qalib gəlməklə turnir
cədvəlinin ikinci pilləsinə yüksəlib və Fransanın yüksək liqasına
vəsiqə qazanıb.
Qeyd edək ki, Anton Kambuarenin komandası 2011-ci ildə ikinci
liqaya düşmüşdü.