Somada yeni dəhşət

17 May 2014 18:03 (UTC+04:00)
"Somadakı faciə baş verən mədəndə yenidən yanğın başlayıb".

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız verib. O bildirib ki, mədəndə başlayan yanğın artıq 1 saatdır ki davam edir:

"Bu yanğını söndürmək lazımdır. İçəridə qalan işçi qardaşlarımızı tez bir zamanda çölə çıxarmalıyıq".

Qeyd edək ki, mayın 13-də yerli vaxtla saat 15:45-də Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş vermişdi. Hadisə zamanı mədəndə 700-dən artıq fəhlə olub və onlardan bu dəqiqəyə qədər 299 nəfərin dünyalarını dəyişdiyi təsdiqlənib. Hadisə nəticəsində çox sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.