İtlər üçün çimərlik (VİDEO)

17 May 2014 19:05 (UTC+04:00)
İtaliyanın Rimini şəhərində ancaq itlər üçün fəaliyyət göstərən dəniz açılıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , orada heyvanlar üçün lazım olan bütün rahatlıq və yeməklər təqdim olunur. Ev heyvanlarını sevən sahibkarlar üçün isə sərin içkilərdən ibarət bar yer alıb. 

Yanında it olmadan dənizə girmək qəti qadağan edilib. "Rimini Dog — No Problem" adlı ilə fəaliyyət göstərən istirahət mərkəzində itlər üçün çətir, uzanacaq yer, içi yemək dolu qablar və içəcəkləri hazır olaraq qoyulur. Bundan əlavə olaraq orada aktiv zona da var. Burada itlər bir-birləri ilə, və ya sahibləri ilə oynaya bilərlər. 

İtin sahibi əgər yorulsa və dincəlmək istəsə, onun ev heyvanına xüsusi təlimlər almış insanlar baxacaqlar. 

Qeyd edək ki, təşkilatçı Luka və Marko Aqostini qardaşlarıdır.