Daha bir qəza: 3 türk öldü

17 May 2014 20:14 (UTC+04:00)
Gürcüstanda torpaq sürüşməsi baş verib.

Movqe.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Daryal kanyonunda baş verən hadisədə 3 türk işçi dünyasını dəyişib. Türk işçilər Gürcüstan Su Elektrik Stansiyasının inşaasında iştirak edirdilər.

Torpaq sürüşməsi nəticəsində inşaat işləri aparılan tunelin girişi bağlanıb. Tuneldə işçilərin olduğu bildirilir. Hadisə nəticəsində Rusiyasdan Ermənistana qaz nəql edən boru kəmərinin Gürcüstan keçən hissəsi zədələnib.

Ermənistan qazsız qalıb.