Şahzadələr Somaya dəstək çıxdılar

17 May 2014 21:33 (UTC+04:00)
Türkiyədə eləcə də digər ölkələrdə izləmə rekordu qıran "Möhtəşəm yüzyıl" serialı da Soma faciəsinə dəstək çıxdı.

Movqe.az turk metbuatına istinadən xəbər verir ki, filmdə baş rolları canlandıran aktyorlar və kamera arxası işçilər Somada 30-ən artıq işçinin faciəsinə etirazlarını bildiriblər. Məşhurların sırasında gənc və yaraşıqlı aktrisa Pelin Karahan, Sarp Akkaya, Aras Bulutİynemli maraqlı addım atıblar. Sənətçilən film çəkilişlərinə ara verərək üzlərinə qara rəng boya çəkib və əllərinə kardon alaraq "Taleh deyil, Somadır" yazaraq sosial şəbəkədə maraqlı şəkil paylaşıblar.

Qeyd edək ki, bundan öncə isə müğənni Mustafa Sandal həyat yoldaşı və uşaqları ilə birlikdə Somaya dəstək çıxmışdılar. Onlar əyinlərinə qara köynək geyiniblər üzərində isə "dualarımız sizinlədir" yazısını əks etdiriblər.