Sabah hava kəskin qızacaq
17 May 2014 23:00 (UTC+04:00)
Sabah Bakıda və Abşeron yarımadasında temperatur bu günkü proqnoza
nisbətən 6 dərəcə artacaq və 35 dərəcəyə çatacaq.
Movqe.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji
Proqnozlar Bürosu bu gün üçün Bakıda 29 dərəcə isti olacağını
bildirmişdi.
Ümumiyyətlə, Büronun sabah üçün məlumatına görə, Bakıda və Abşeron
yarımadasında hava az buludlu, yağmursuz keçəcək. Axşam dəyişkən
buludlu olacağı gözlənilir. Temperaturun gecə 16-20°, gündüz
28-33°, bəzi yerlərdə 35° isti, Bakıda gecə 18-20°, gündüz 31-33°
isti olacağı gözlənilir.Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil
edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil
edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı,
şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman
olacaqdır. Temperaturun gecə 11-16°, gündüz 30-35° isti olacağı
gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava
əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı varr. Səhər
ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13°, gündüz 21-26° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşama doğru
bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı
vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə
16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır. Səhər
ayrı-ayrı yerlərdə duman olacaqdır. Temperaturun gecə 16.21°,
gündüz 28-33° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz
keçəcək. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış
yağacağı, şimşək çaxacağı ehtimalı var. Temperaturun gecə 16-21°,
gündüz 33-38° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava
əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Temperaturun gecə 15-18°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°,
gündüz 21-26° isti olacağı gözlənilir.