"Xəzər Lənkəran"la "Qarabağ"ın oynunun vaxtı dəyişdi

17 May 2014 23:05 (UTC+04:00)
"Xəzər Lənkəran" - "Qarabağ" matçının başlama saatı dəyişdirilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, qarşılaşma saat 19.00-da yox, 30 dəqiqə tez başlayacaq.

Buna səbəb oyundan sonra kubokun təqdim olunmasının və mükafatlandırma mərasiminin keçirilməsinin planlaşdırılmasıdır. Ona görə də matçın start fiti 18.30-da çalınacaq.