Azərbaycanda qeyri-adi ev (VİDEO)

18 May 2014 12:00 (UTC+04:00)
Xaçmaz rayonunda tikilən evlərdən biri görənləri heyrətə salıb.

Movqe.az Rtv-yə istinadən xəbər verir ki , evin sahibi, Xaçmaz rayonunun Nabran kənd sakini 73 yaşlı Baləhməd Xanbabayev bu ideyasını reallaşdırmaq üçün düz 4 il vaxt sərf edib. Heç bir köməkçisi olmadan işə başlayan qəhrəmanım evin inşası üçün 60 min butulkadan faydalanıb.

Evin tikintisində yalnız rəngli şüşələrdən istifadə olunub. 3 otaq və sanitar qovşaqdan ibarət olan evin yaxınlığında yerləşən mətbəx də butulkadandır. B.Xanbabayev unikal evin tikilməsi üçün əsas inşaat məhsulu olan butulkaların yığılmasını bir neçə üsulla aparıb.

Baləhməd Xanbabayevin dediyinə görə, butulkaların toplanmasında özünün də böyük xidməti var. O, məclislərdə dolu şüşələri dostları və yaxınları ilə boşaltdıqdan sonra divara hörüb. Məhz bu səbəbdən evin divarlarındakı butulkaların bir çoxuna baxanda iştirak etdiyi məclislər yadına düşür.