Əl-Cəzair səfərbərlik elan etdi

18 May 2014 15:09 (UTC+04:00)
Əl-Cəzair müdafiə nazirliyi Əl-Qaidə hücumlarından ehtiyatlanaraq orduda səfərbərlik elan edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Əl-Cəzair müdafiə nazirliyi Əl-Qaidə tərəfindən orduya qarşı hücumların ola biləcəyindən ehtiyatlanaraq, Liviya sərhədindəki əsgər sayını 40 minə çatdırıb.

Ölkədəki hərbi səlahiyyətli şəxslərə Məğrib Əl-Qaidəsi olaraq tanınan təşkilatın orduya qarşı əməliyyatlar keçirəcəyi məlumatı çatdırılıb.

Qeyd edək ki, mayın 15-də Liviyanın paytaxtı Tripolidə diplomatların qaçırılmasının qarşısını almaq üçün onların paytaxtdan təxliyyəsinə başladılmışdı.