Mədənçi qızının şəkli animasiya filmi oldu (VİDEO)
18 May 2014 16:19 (UTC+04:00)
Türkiyədə baş verən mədən faciəsi böyükdən-kiçiyə
bütün türkləri və insan taleyinə laqeyd olmayan başqa ölkələrin
insanlarını yasa boğdu.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, 301
nəfərin ölümü ilə Türkiyədə indiyədək yaşanan ən böyük mədən
faciəsi olaraq tarixə düşən Soma faciəsi hadisə qurbanlarının
yaxınlarında və onların kədərlərini hiss edən bir çox insanların
xatirələrində müəyyən izlər buraxdı.
Soma faciəsinin baş verdiyi gündən bir neçə gün
sonra sosial şəbəkədə yayımlanan mədənçi qızının şəkli hamı
tərəfindən dərin həssasiyyətlə və maraqla
qarşılanmışdı.
Sözügedən şəkli Zonquldağda yaşayan bir mədənçi
qızı 16 yaşlı Nihal Acar 2 il əvvəl çəkib. Şəklin geniş kütlə
tərəfindən çox bəyənildiyini görən şirkətlərdən biri, şəkil
əsasında animasiya filmi hazırlayıb.
Animasiya filminin illustrasiyaları Onur Sipahi,
səs effekti isə Gökhan Altındirek tərəfindən
hazırlanıb.